Haqqımda
Mən Faris Mehdiyev rəqəmsal marketinq sahəsində 7+ ildən artıq təcrübəyə malik mütəxəssisəm. Peşəkar fəaliyyətim boyu müxtəlif bizneslər üçün SEO, SMM, SEM, PPC, e-mail marketinq və rəqəmsal reklam strategiyaları hazırlamışam. Hədəfim hər zaman yalnız görünürlük yaratmaq deyil, həm də ölçülə bilən nəticələr və davamlı böyümə təmin etmək olub.
Marketinq yanaşmam analitika və yaradıcılığın balansına əsaslanır. Mənim üçün rəqəmsal reklam təkcə texniki proses deyil — insan davranışını anlamaq, düzgün mesajı düzgün anda çatdırmaq və brend ilə auditoriya arasında dəyərli əlaqə qurmaq sənətidir.
Təhsilimi Litvanın Vytautas Magnus Universitetində İqtisadiyyat və Menecment (Minor in Marketing) ixtisası üzrə tamamlamışam. Hazırda isə Atatürk Universitetində Reklamçılıq üzrə təhsilimi davam etdirirəm. Bu təcrübə mənə həm strateji düşüncə, həm də istehlakçı psixologiyasını dərindən anlamaq imkanı verir.
Peşəkar karyeram ərzində Food Packing LLC, Hostimul, Bank VTB Azerbaijan və CLISSO (UK) kimi şirkətlərlə əməkdaşlıq etmişəm. Hər layihədə məqsədim eyni olub — rəqəmsal alətlər vasitəsilə real biznes dəyəri yaratmaq və nəticələri dəqiq şəkildə ölçmək.
Rəqəmsal dünyada inandığım əsas prinsip sadədir:
“Strategiyasız reklam yalnız görünürlük yaradar, amma strategiya ilə reklam inam və nəticə formalaşdırar.”
