2025-ci ildə sosial media artıq təkcə izləyici toplamaq yeri deyil. Brendlər üçün o, algoritmik oyun meydanına çevrilib. Hər platformanın öz prioriteti var və mən artıq klassik “paylaş və gözlə” yanaşmasının işə yaramadığını çox aydın görürəm.
Yeni dövrün əsas qaydası — autentiklikdir. Brendlər artıq süni mükəmməlliyə deyil, real insan səsinə investisiya etməlidir. Mən kampaniyalarımda video və canlı kontentdən daha çox istifadə edirəm, çünki bu formatlar həm izləmə müddətini, həm də etibar səviyyəsini artırır.
Ən böyük dəyişiklik isə AI-driven optimizasiyadır. Sosial platformalar artıq reklamları istifadəçi davranışına uyğun “mikro səviyyədə” fərdiləşdirir. Mən Meta və TikTok reklamlarını planlaşdırarkən artıq yalnız demoqrafik deyil, emosional davranış datalarından da istifadə edirəm.
2025 üçün sosial medianın qızıl qaydası budur:
“Kampaniya izləyici üçündürsə, kontent insan üçündür.”
Bu fərqi başa düşən brendlər digərlərindən 3-4 dəfə daha yüksək ROI əldə edir.
Bir cavab yazın